Şəki və ətraf rayonlarda yaşayan talassemiyalı xəstələrə yüksək səviyyədə xidmət göstərilir
09.05.2023 08:27

Şəki Rayon Mərkəzi Xəstənanasında 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Məcid Əliyev talassemiya xəstəliyinin formaları, genetik ötürülmə variantları, həmçinin qohum evlilikləri və onun törətdiyi fəsadlar haqqında danışıb.

 

Sonra çıxış edən həkim-hematoloq Sevil Həmidova bildirib ki, talassemiya irsi hemolitik anemiyadır. Hemoqlobinin polipeptid zəngirinin sintezinin pozulması nəticəsində yaranır. Talessemiya genini bir valideyindən alan şəxs daşıyıcı, hər iki valideyindən olan xəstə olaraq doğulur.

 

Diqqətə çatdırılıb ki, Azərbaycanda hər 9-10 sakindən biri talassemiya geninin daşıyıcısıdır. Endemik zonalarda isə o cümlədən, bizim rayonda hər doğulan 7-8 uşaqdan biri genin daşıyıcısı olaraq doğulur.
Ölkəmizdə 3500-dən çox talassemiyalı xəstə var. Şəki rayonunda 109 xəstə dispanser qeydiyyatdadır.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstəliyin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Burada sümük iliyi transplantasiyası əməliyyatları da uğurla həyata keçirilir. Xəstələr pulsuz olaraq xelator dərmanlarla təmin olunurlar.

 

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı sərəncamında təsdiq etdiyi Talassemiya ilə mübarizəyə dair 2015-2022-ci illər üçün Dövlət proqramı xəstəliyin profilaktikası və müalicəsinin təkminləşməsinə yönəlmişdir. Hər ötən 5 illikdən sonra bu sahədə görülən işlərin nə qədər irəlilədiyi aydın görünür. 2015-ci ildən nikaha daxil olanlarda talassemiya daşıyıcılığının yoxlanması xəstə doğulanların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

 

Bildirilib ki, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın bu xəstələrə xüsusi diqqət ayırması, tez-tez Talassemiya Mərkəzində gedən işlərlə, xəstələrlə maraqlanması istər hematoloqlarda, istərsə də xəstələrdə ruh yüksəkliyi yaradır.

 

İcbari Tibbi Sığorta çərçivəsində bu xəstələrə diqqət daha da artırılmış, lazım olan bütün müayinələr Xidmətlər zərfinə daxil edilmişdir.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasında və Milli Hemotologiya və Trasfliziologiya Mərkəzinin Şəki filialında Şəki və ətraf rayonlarda yaşayan talassemiyalı xəstələrə yüksək səviyyədə xidmət göstərilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır