Balakən Rayon Mərkəzi Xəstəxanasında vəba xəstəliyi barədə seminar keçirilib
04.05.2023 08:04

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin iştirakı ilə vəba xəstəliyi barədə seminar keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən Gigiyena və epidemiologiya mərkəzinin direktoru Elnarə Mustafayeva vəba ilə mübarizə tədbirlərinin təşkilindən və bu sahədə görülən işlərdən danışıb. Qeyd edib ki, bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir.

 

Onun sözlərinə görə, vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion - vəba törədicisi qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Vəbaya vəba vibrionu adlanan bakteriya səbəb olur. Xəstəliyin ölümcül nəticəsi bu bakteriyaların nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərə görədir. CTX normal natrium və xlorid axınına qarışaraq bağırsağın divarlarına yapışır. Bakteriya nazik bağırsağın divarlarına yapışdığı zaman, bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala və sürətli maye və duz itkisinə səbəb olur.


Diqqətə çatdırılıb ki, onsanlar adətən təmiz olmayan ərzaqları yeməklə, yaxud çirkli su içməklə vəbaya yoluxurlar. İnsanlar vəbaya yoluxduqları zaman kəskin ishal müşahidə edilir və vəba bakteriyası onların nəcislərində canlı qalır. İnkişafda olan ölkələrdə kanalizasiya adətən yaxşı vəziyyətdə olmur. İshal digər insanların istifadə etdiyi suya qarışdığı zaman, vəba yayıla bilər.

 

Bildirilib ki, vəbanın müalicəsi patogenetik və etiotrop aparılır. İlk növbədə orqanizmin su-elektrolit mübadiləsi çartışmazlığı aradan qaldırılır, qanın turşu-qələvi tarazlığı bərpa edilir, ürək-damar, böyrək və tənəffüs çatışmazlığı aradan qaldırılır. Bədənin su ehtiyatı bərpa olunur.

 

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır