TƏBİB tərəfindən regionlardakı tibb müəssisələrində seminarlar təşkil edilir
03.05.2023 09:19

TƏBİB-in təşkilatçılığı ilə regionlardakı tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi üzrə layihələr keçirilir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.



“Regionlarda toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.

 

TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin təşkilatçılığı, Koordinasiya qrupunun üzvlərinin iştirakı ilə 26-28 aprel tarixlərində Gəncə və Tovuz şəhərlərinə səfər təşkil olunub.

 

Koordinasiya qrupunda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, şöbənin həkim-toksikoloqu Faiq Süleymanov, Nərimanov Tibb Mərkəzinin həkim-allerqoloqu Rasimə Söyziyeva, Mərkəzin nəzdində olan Uşaq Kliniki Xəstəxanasının Allerqologiya və immunologiya şöbəsinin müdiri Lalə Axundova yer alıb.

 

Səfər zamanı Gəncə, Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, həmçinin Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy rayonlarındakı tibb müəssisələrində çalışan təcili tibbi yardım stansiyalarının həkimləri, həkim-anestezioloq-reanimatoloqlar, həkim-terapevtlər, həkim-pediatrlar üçün seminarlar keçirilib.

 

Tədbirlər ilan dişləməsi, uşaqlarda qida allergiyası, dərman zəhərlənməsi, toksik epidermal nekroliz, anafilaktik şok, narkotiklərin sui-istifadəsi, alkoqolla bağlı təcili hallar mövzularını əhatə edib.

 

Seminarlar interaktiv müzakirələrin aparılması ilə davam etdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib