"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
30.04.2023 18:45

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Arzu Şəfiyeva haqqında məlumatları diqqətə çatdırırıq.

 
Arzu Şəfiyeva 23 fevral 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1980-1986-cı il N. Nərimanov adına Azərbaycan Dovlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. E.Əfendiyev adına şəhər xəstəxanasında internatura keçib.

 

O, 1987-ci ildə Füzuli RMX-da həkim-terapevt kimi fəaliyyətə başlayıb. 1995-ci ildə Əhmədbəyli kənd xəstəxanasında fəaliyyətini davam etdirib.
2001-2011-ci illərdə Füzuli RMX-da Poliklinika şöbəsində həkim işləyib. 2011-2014-cü illərdə Füzuli RMX Baş həkimin müavini, 2014-2019-cu illərdə Tibbi Sosial Ekspert komissiyasının-ekspert terapevt həkimi kimi fəaliyyət göstərib.

 

Arzu Şəfiyeva 2019-cu ildə Füzuli rayon RMX-nın TTTY şöbə müdiri vəzifəsinə təyin olunub və hazırda fəaliyyətini davam edir.

 

Həkim 3 nömrəli Sabuncu xəstəxanasında və təkrar olaraq 2009-2010-cu il Əziz Əliyev adına Azərbaycan həkimlər Təkmilləşdirmə İnstitutunda kardiologiya üzrə kurs keçib. Akd C. Abdullayev adına Elmi Tədqiqat Kardialogiya İnstitutunda Exo kq üzrə kurs keçmişdir.

 

44 günlük Vətən müharibəsində Arzu həkimin xidmətləri danılmazdır. O, yaralıların xəstəxanaya tez bir zamanda çatdırılması və təxliyəsində böyük xidmət göstərmişdir.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır