Şabran Rayon Mərkəzi Xəstəxanasında tədbir: “Övladını peyvəndə gətir, sağlam gələcəyə ötür”  
27.04.2023 08:23
Şabran Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə 24-30 aprel -Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı “Övladını peyvəndə gətir, sağlam gələcəyə ötür” adlı tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə Tərtər RMX-nın direktoru Səxavət Cəbrayılov, baş həkim Kəmalə Süleymanova və digərləri çıxış ediblər.
 
Çıxışlar zamanı uşaqlıq dövründə peyvəndləmənin vaxtı-vaxtında aparılmasının vacibliyindən, onun ölümcül xəstəliklərə qarşı bədəndə yaratdığı müdafiə sistemindən, düzgün şəkildə aparılan maarifləndirmə tədbirləri nəticəsində cəmiyyətdə mövcud olan yüksək dərəcəli infeksion xəstəliklərin qarşısının alınmasının mümkünlüyündən, eləcə də sağlam gələcək naminə valideynlərin peyvənləmə cədvəlinə uyğun olaraq övladlarını vaksin etdirməyin əhəmiyyətindən danışılıb.
 
Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşulub. Azərbaycandakı İmmunlaşdırma Həftəsinin əsas məqsədləri körpə və uşaqlar arasında respirator xəstəliklər səbəbi ilə olüm və xəstələnmə hallarının azaldılması üçün yeni vaksinlərin tətbiq edilməsi, planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılmasıdır. Həmçinin minilliyin inkişaf məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (aradan qaldırılması) ilə əlaqədər bu xəstəlikər üzərində nəzarətin gücləndirilməsidir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır