“Vərəm xəstəliyi və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub
11.04.2023 10:00

Balakən Rayon Mərkəzi Xəstəxanasında “Vərəm xəstəliyi və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Balakən rayon İcra başçısının müavini Nəzakət Rüstəmova, Balakən Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi, Balakən Rayon Təhsil şöbəsinin müdiri Elçin Musayev, GEM-müdiri Elnarə Mustafayeva, eləcə də kənd həkim və tibb məntəqə müdirləri, məktəb direktorları, kənd bələdiyyə və digər müəssisə nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Nəzakət Rüstəmova bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda vərəmlə bağlı mövcud vəziyyəti müzakirə etməkdir.

 

Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova vərəmin yaranma şəraiti, yoluxma halları, Balakən rayonunda və ölkədə illər ərzində olan vərəm statistikası, hazırda olan mövcud vəziyyət barədə məlumat verib.

 

Tədbirdə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva səhiyyə sektorunda aparılan islahatlarda infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini, o cümlədən vərəmə qarşı mübarizə məsələlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.


Poliklinika şöbəsinin müdiri Əhmədov Məhəmməd və GEM müdiri Elnarə Mustafayeva vərəmin yoluxma dərəcəsi, onun mərhələləri, müalicə müddəti, məktəblərdə və müəssisələrdə vərəmdən qorunma yolları haqqında ictimaiyyətə məlumatlar veriblər.

 

Vurğulanıb ki,uşaqlara vurulan vərəm əleyhinə peyvənd vərəmə yoluxma riskini azaldır və ən əsası bu infeksiyanın digər ağır formalarının baş verməsinin qarşısını alır.

 

Sonda vərəmin Azərbaycanda yayılmasının qarşısının alınması və müalicəsi ilə bağlı müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır