Bestseller tibbi kitablar: Dərmansız da yaşamaq olar 
13.04.2023 15:11

Müəllifi Anna Avdulina olan “Dərmansız da yaşamaq olar” kitabı sağlam həyat tərzi haqqında dəyərli nəşrdir.

Aztibb.az tibb və sağlamlığa dair dəyərli kitabları oxucularına tövsiyə edir.

Sağlamlıq insanın həyatında ən vacib amildir. İnsan hər şeyi həyatı boyu əldə edə bilər, lakin itirilmiş sağlamlığı çox vaxt geri qaytarmaq mümkün deyil. Əlbəttə ki, müasir tibb möcüzələr göstərməyə qadirdir, lakin bu möcüzələr də sonsuz deyil.

Bəs günümüzdə getdikcə daha az rast gəlinən ideal sağlamlıq standartını necə öyrənək?

Bu kitab uzun müddət sağlam, gümrah, nikbin əmək qabiliyyətini saxlamaq istəyənlər üçün nəzərdə tutulub.

Kitabda tövsiyə edilən fiziki hərəkətlər və özünümasaj üsulları sinir sistemini möhkəmlətməyə, orqanizmdə mübadilə proseslərini yaxşılaşdırmağa, həyat tonusunu yüksəltməyə, ömrü uzatmağa kömək edəcəkdir.

Kitab “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində də çap edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib