"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Çiçək Əhmədova
06.04.2023 09:34
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Millətimizin müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Nizami Tibb Mərkəzinin Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədovadan bəhs edəcəyik.
 

Çiçək Məmməd qızı Əhmədova 25 avqust 1971-ci ildə Qax rayonunda anadan olub. 1995-2001-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb.

 

O, 1994-2001-ci illərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı kimi çalışıb. 2001-2002-ci illərdə həmin xəstəxananın Allerqologiya şöbəsində həkim-interna kimi fəaliyyət göstərib.

 

Çiçək Əhmədova 2003-cü ildə “Medservis” özəl tibb mərkəzində Hemodializ şöbəsində həkim, 2007-ci ildə həmin mərkəzdə Hemodializ şöbəsinin müdiri, 2007-2009-cu illərdə Hemodializ şöbəsində həkim kimi fəaliyyət göstərib. 2009-2022-ci illərdə Azərsutikinti xəstəxanasında Hemodializ şöbəsinin müdiri işləyib. O, 2022-ci ildən “Nizami Tibb Mərkəzi” PHŞ-də Hemodializ şöbəsinin müdiridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır