Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Klinik laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
29.03.2023 18:23

TƏBİB-in tabeliyində fəliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Klinik laboratoriyası yeni tibbi avadanlıqlarla təchiz edilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, laboratoriya Cobas 411 hormon, Cobas 311 biokimya, tam avtomatlaşdırılmış koaijlu qramma, Sysuex-1000 avadanlıqlarla təmin olunub.

  

Labortariyanın fəaliyyəti pre-analitik, analitik və post –analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısaldılıb. Bütün analizatorlar “E-Təbib “ proqram təminatına, eləcə də kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.

 

Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssəsinin qeydiyyat şöbəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı (www.its.gov.az) vasitəsi ilə əldə edə bilərlər.

 

Qeyd edək ki, layihə çərçivəsində davamlı tibbi təhsil proqramı da tətbiq edilməkdədir. Proqrama uyğun olaraq laboratoriyaların həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilir.

 

Gələcəkdə laboratoriyada daha geniş analizlərin olunması nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır