Uzman həkim Vüqar Qurbanov - Peşəkar həkimlərimizi tanıyaq!
17.03.2023 10:35

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə peşəkarlığı ilə seçilən tanınımış üz-çənə cərrahı, implantoloq, uzman həkim, fəlsəfə elmləri doktoru Vüqar Qurbanovu təqdim edirik.

 

V.Qurbanov 1986-cı ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə ATU-nun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Ankara Universteti Oral and Maxillofacial cərrahi bölümündə, 2008-ci ildə İstanbul (Çapa) Universtetində Oral İmplantoloji tələbə mübadiləsi proqramı ilə təcrübə keçib. O, 2009-2010-cu illərdə ağız-üz-çənə cərrahəyyəsi üzrə internatura təhsili alıb.

 

2012-ci ildə hərbi xidmətdən döndükdən sonra Ağız-üz-çənə cərrahəyyəsinin ən aktual problemlerindən olan “Ağız suyu vəzilərin xroniki iltihabı və autoimmun xəstəliklərin müalicəsində ozonoterapiyanın müalicəvi effektivliğinin rolu” mövzusunda elmi işini uğurla müdafiə edib. 2018-ci ildə Ali Atttestasiya Komissiyanın qərarı ilə tibb üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb.

 

2013-cü ildə Erciyes Universtetində Oral and Maxillofacial cərrahi bölümündə 3 ay təkmilləşmə kursu keçib.


2014-cü il Samsun 19 mayıs Universteti Diş həkimliği fakültəsinin Ağız Diş Çənə cərrahisi bölümündə doktorluq proqramına başlayıb, 2018-ci ildə “Ortodontik elastik kullaniminin temporomandibular eklem üzerinde oluşturduğu stresin sonlu elemanlar analizi ile değerlendirilmesi” mövzusunda elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb.

 

O, 2021-2023-cü illərdə Respublika Klinik Xəstəxanasının Üz-Çənə Cərahiyyəsi şöbəsində çalışıb. Hal-hazırda Abşeron Mərkəzi Xəstəxanasının Üz-Çənə Cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

 

Uzman həkim bir çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 11 elmi məqalənin (3 məqalə beynəlxalq jurnallarda çap olunub), 30 posterin müəllifidir.

V.Qurbanov Azərbaycanda AzEDAD və BMF akademiyalarının elmi məsləhətcisi, İmplant Dental Akademiyasının təsisçisidir. Həmçinin Nobel Akademiyasının prezidenti, AZİİB idarə heyətinin, Azərbaycan Üz-Çənə Cərrahlar İctimai birliyinin, Dünya və Avropanın bir çox cərrahiyyə və implantoloji cəmiyyətlərinin üzvüdür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır