Vətən müharibəsi iştirakçısı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunur
15.03.2023 10:30

44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı 1990-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Muradov Orxan Fazil oğlu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicə olunur.

 

Bu barədə Rayon Xəstəxanasından Aztibb.az-a məlumat verilib.

 

Vətən müharibəsində iştirak edərək şücaətlər göstərən, cənab Prezidentin müvafiq sərəncamları ilə medallarla təltif olunan Orxan Muradov Laçın istiqamətində gedən gərgin döyüşlərdə çoxsaylı qəlpə yaraları almışdır. Zəfərlə başa çatan müharibədən keçən iki il ərzində o, ölkənin bir çox tibb müəssisələrində müalicə almasına baxmayaraq ayağındakı qəlpələr fəsadlar göstərməyə başlamışdır. Təəssüf ki, bu səbəbdən bir neçə gün öncə paytaxt Bakıda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin birində gənc qazinin sol aşağı ətrafı dizaltı nahiyyədən amputasiya olunmuşdur.

 

Hazırda qəhrəman döyüşçünün müalicəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Allah şəfa versin!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır