"Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolu" mövzusunda tədbir keçirilib
03.03.2023 13:04

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür qəsəbə xəstəxanasında "Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolu" mövzusunda tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Tədbiri giriş sözü ilə açan Kür qəsəbə xəstəxanasının baş həkimi Samirə Kazımova Ulu Öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi dövründə səhiyyənin inkişafı ilə bağlı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

 

Tədbirdə digər çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna töhfələrindən bəhs ediblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır