Respublika QİÇS-lə Mübarizə Mərkəzində növbəti təlim keçirilib
27.02.2023 13:44

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) regional laboratoriyaların tibb işçilərinin bacarıq və qabiliyyətlərinin artırılması məqsədilə təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov sağlamlığa ciddi maneə olan immun çatışmazlığı virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasının önəmindən bəhs edib, bu sahədə çalışan həkimlərin, digər tibb işçilərinin, əhalinin təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini vurğulayıb.

 

Direktor bildirib ki, İİV infeksiyası və QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir.

 

İştirakçılara İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, eləcə də tibbi etika, təhlükəsizlik qaydaları və dezinfeksiya məhlullarından düzgün istifadə ilə bağlı ətraflı məlumat verilib.

 

Daha sonra həkim-laborantlar Günel İsmayılova və Vəfa Babayevanın “İİV-ə müayinələr üçün qanın götürülməsi, saxlanması, daşınması prosedurları” adlı təqdimatları dinlənilib.

 

İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıların sualları dolğun cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır