"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
24.02.2023 17:08
"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız Qalib Mirzəyev bütün mənalı həyatını şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib.
 
O, 8 mart 1961-ci ildə Sabirabad rayonu Minbaşı kəndində anadan olub. Ali təhsilini 1978-1984-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I Müalicə profilaktika fakültəsində alıb. 1984-1985-ci illərdə Əli Bayramlı (Şirvan) şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
 
Qalib Mirzəyev 1985-ci ildə Sabirabad rayon Minbaşı kənd həkim məntəqəsində müdir vəzifəsində işə başlayıb. 1993-2012-ci illərdə Sabirabad rayon Yaxa–Dəllək kənd sahə Xəstəxanasının baş həkimi işləyib. 2012-2016-cı illərdə Sabirabad rayon Minbaşı K.İ.Ə.D.U- nümayəndəsi olub.
 
2017-ci ildə Həkimlərin Sertifikasiya Şəhadətnaməsindən keçib. 2017-2020-ci illərdə Sabirabad rayon Yaxa–Dəllək kənd sahə Xəstəxanasında baş həkim, 2020-2021-ci illərdə Sabirabad rayon Yaxa-Dəllək kənd ASM-in müdiri, 2021-2022-ci illərdə Sabirabad RMX-da Tibbi sığortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
 
O, 07.10.2022-ci ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının İnzibati şöbəsində Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəridir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər