Pediatr: "Nəzarətsiz yuxu uşaqlarda yaddaş zəifliyinə və müəyyən aqressiyalara səbəb olur"
26.02.2023 12:14
Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Uşaqlarda yaddaş zəifliyinin müxtəlif səbəbləri var. Əgər orqanizmdə yaddaşı pozacaq ciddi narahatlıqlar yoxdursa, yaddaş problemlərini həll etmək çətin deyil.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Solmaz Mehbalıyeva məlumat verib.
O, son zamanlar valideynləri narahat edən uşaqlarda yaddaş zəifləməsi ilə bağlı məsləhətlərini verib. Həkim bildirib ki, unutqanlığın səbəblərinin əksəriyyəti stress və yuxu rejiminin pozulmasıdır. Hər uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Nəzarətsiz yuxu isə onlarda yaddaş zəifliyinə və müəyyən aqressiyalara səbəb olur. Bundan başqa, vitamin əskikliyi, tiroid funksiya pozğunluqları, uşaqların erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər, yaşanılan zədələr və psixoloji pozuntular yaddaşın zəifləməsinə təsir edir.
Solmaz Mehbalıyeva qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün valideynlərin müntəzəm şəkildə izlənə biləcək qrafik tərtib etmələri məsləhətdir: "Çətin görünsə də, balacalar tədricən rejimlə yatmağa, qida qəbul etməyə alışır. Düzgün qidalanmaq, təmiz havada vaxt keçirmək, idmanla məşğul olmaq, kitab oxumaq, musiqi dinləmək yaddaşın inkişafına daha yaxşı təsir edən amillərdəndir. Uşaqlarla birgə keçirilən maraqlı vaxt, oyun və məşqlər isə yaddaşı gücləndirmək üçün yaxşı vasitədir".
Onun sözlərinə görə, bəzi qidalar uşaqların inkişafına və yaddaşının möhkəmlənməsinə müsbət təsir göstərir. Kələm, kök, ispanaq, soğan, göbələk və turp kimi tərəvəzlər, alma, armud, narıngi, limon, portağal kimi meyvələr, yumurta, süd və balıq məhsulları çox faydalıdır.
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

