"Şəkərli diabet xəstələri nələri bilməlidirlər?" layihəsi çərçivəsində maarifləndirici tədbir
20.02.2023 09:59
“Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında "Şəkərli diabet xəstələri nələri bilməlidirlər?" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə tibb müəssisəsinin direktoru Rasim Əkbərov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Direktor qeyd edib ki, hər kəs öz sağlamlığının qeydinə qalmalı, davamlı fiziki aktivliklə, sağlam qidalanmaqla bu xəstəliyə qalib gəlməli, onu həyat tərzinə çevirməlidir.
 
Daha sonra Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının assistenti, endokrinoloq Könül İsmayılova şəkərli diabetin yayılma statistikası haqqında məlumat verib. Bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə, bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Şəkərli diabetə tutulmuş insanların sayı gündən-günə artır. Lakin bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz.
 
Könül İsmayılova  qeyd edib ki, şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq: "Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaq və sağlam həyat tərzi keçirmək kifayətdir".
 
Tədbirdə iştirak edən şəkərli diabet xəstələrini maraqlandıran suallar cavablandırılıb.
 
Sonda layihənin gerçəkləşməsində əməyi olan insanlara və təşkilatlara təşəkkür edilib. İştirakçılara təşkilatçılar tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır