Referans Medical Group orduya dəstək oldu
05.10.2020 13:39

Referans Medical Group “Hər şey vətən üçün” devizi ilə vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq tibbi və sosial dəstək göndərib.

 

Aztibb.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

“Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində xalqımızın və döyüş bölgəsində olan hər bir hərbçimizin yanında olduğumuzu bildirmək, onlara diqqət və qayğımızı göstərməklə dəstək olmaq və eləcə də digər müəssisə və qurumları da bu təşəbbüsə həvəsləndirmək məqsədilə Referans ailəsi olaraq cəbhə bölgəsinə tibbi və sosial-iaşə dəstəyi göndərdik. Bir neçə gündür ki, Referans Medical Group tərkibindəki klinikaların (Leyla Medical Center, LOR Hospital, Referans laboratoriyası, 36.6 Med və s.) hər birindən ayrı-ayrılıqda həkim briqadaları, tam təchizatlı təcili tibbi yardım maşınları cəbhəboyu bölgədə xidmət göstərirlər. Bu gün də “Hər şey vətən üçün” deyərək Referans ailəsi olaraq Daşkəsənə yollandıq. Həm qida tədarükündə payımız olsun deyə ərzaq məhsulları, həm də yaralı soydaşlarımıza tibbi ləvazimatlar və həkim qüvvəmizlə dəstəyə gəldik".

 

Məlumatda qeyd olunub ki, ölkəmizin maddi-texniki bazası və hərbi potensialının kifayət qədər olduğu hər kəsə məlumdur. Referans Medical Group tərkibinə daxil olan klinikalarla birgə həyata keçirdiyi bu təşəbbüslə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.

 

"Referans Medical Group olaraq qələbə uğrunda gedən döyüşlərdə həm ordumuza qoşulan tibb əməkdaşlarımız, həm də hərbi tibb məntəqələrinə yollanan həkim və təcili tibbi yardım briqadalarımız daxil olmaqla bütün hərbçilərin sağ-salamat, şad xəbərlə qayıtmalarını arzulayırıq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır