“AzeriMed” Milli Orduya 500 min manat vəsait ayırdı  
05.10.2020 13:30

Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağırılması prosesinə “AzeriMed” MMC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulublar. Qısa müddət ərzində şirkətin ayrı-ayrı bölmələrinin xeyli əməkdaşı səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrin tabeçiliyinə yola salınıblar. Həmin əməkdaşların hamısının iş yeri və vəzifəsi saxlanılmaqla, əmək haqqlarının tam şəkildə ödənilməsi təmin olunacaq.

 

Aztibb.az xəbər verir ki, “AzeriMed” MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları da davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilir.

 

Hər zaman dövlətin, ordumuzun yanında olan şirkət ümumi qələbəmiz üçün dəstək aksiyalarını davam etdirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır