Suçiçəyi necə müalicə olunmalıdır?
25.01.2023 12:33

Suçiçəyi xəstəliyi çox tez-tez görünən ağır əlamətlərə yol açmayan, virus mənşəli yolxucu xəstəlikdir. Bu xəstəliyi törədən virus "Varicella-zoster" virusudur. Bu infeksiya virusu aldıqdan sonra 14 gün müddətində özünü biruzə verir.

 

Aztibb.az xəbər verir ki, xəstəliyin əlamətləri bədəndə əmələ gələn qabarıq, qırmızı, içi maye dolu səpkilərdir. Səpgilər qaşınarsa həm iz qala, həm də yeni bakteryalar yarana bilər.

 

Suçiçəyi xəstəliyi yaşlılarda uşaqlara görə daha ağır keçir. Böyük insanda güclü əzələ ağrıları, zəiflik, titrətmə, davamlı qızdırma, ağırlaşmalar- meningit, miozit, böyrək, ürək zədələnmələri ola bilər. Daha yaşlı və xroniki xəstəliyi olanlar suçiçəçiyini çox ağır keçirir.

Qaşıntısı yüngül olan xəstələr losyon müalicəsi, daha ağır olanlar isə həblərlə müalicə edilir. Bunun üçün immunitet sistemini normal vəziyyətdə saxlamaq lazımdır. Xəstəlikdən qorunmaq üçün hərşeydən əvvəl suçiçəyi keçirən xəstələrlə təmas edilməməlidir və izolyasiya olunmalıdır.

 

Xəstələrin müalicəsi evdə, ağırlaşmalar olduqda isə xəstəxanada aparılır. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir, dəri səthində əmələ gələn suluqların tez quruması üçün brilyant yaşılının (zelyonka) 1 faizli spirt məhlulundan istifadə edilir.

 

Xəstənin alt paltarlarını hər gün, yataq dəstlərini isə 2 gündən bir dəyişmək lazımdır. Dırnaqları qısa kəsmək, əlləri tez-tez yumaqla virusun çoxalmasının qarşısını almaq olar. Hər qida qəbulundan sonra ağız boşluğunu yaxşıca qarqara etmək, yataq otağının havasını tez-tez dəyişmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır