Qışda hansı vitaminləri içmək lazımdır?
21.01.2023 19:32

Soyuqların düşməsi ilə əlaqədar olaraq, qida rasionu daha da kasıblaşır. Meyvə və tərəvəzlər isə termik işləmədən sonra tərkibindəki xeyirli maddələrin bir hissəsini itirir. Orqanizm faydalı maddələrin çatışmadığını hiss edir, nəticədə immunitet zəifləyir, dərinin, saçların, dırnaqların vəziyyəti pisləşir. Həmçinin də insanda yuxululuq, əzginlik, yorğunluq, iştahanın azalması müşahidə edilir. Amma bu vəziyyəti qida rasionunu balanslaşdırmaqla dəyişmək mümkündür. Bunun üçün qidada çatmayan vitamin və mineralları rasiona daxil etmək kifayətdir.

 

Aztibb.az xəbər verir ki, immunitetin bərpası və möhkəmlənməsi üçün uşaqlara, eləcə də böyüklərə kifayət miqdarda A, E, C, D, K, PP və B qrupu vitaminləri, minerallardan isə yod, dəmir, sink, kalium, kalsium, maqnezium tələb olunur. Bunun üçün tərkibində bütün bu sadalanan vitaminlər və minerallar olan universal preparatlar ən yaxşı vasitə hesab olunur. Qadınlara 30, 40 və 50 yaşlarından sonra tamamilə başqa tərkibli vitamin və minerallar tələb olunur.

 

Dəri, saçlar və dırnaq orqanizmin "indikatoru" hesab edilə bilər. Belə ki, onların vəziyyətinə baxaraq orqanizmdə hansı vitaminləri çatışmadığını təyin etmək mümkündür. Əgər onlarda bir problem yaranıbsa, o zaman bədəndə C, E, A, D və B vitaminləri çatışmır. Dəmir mikroelementi kişilərdən çox qadın orqanizmi üçün lazımdır. Kişilərdə bu maddənin azlığı ürək və damar problemlərinə yol aça bilər.

 

Uşaq orqanizmi isə aktiv şəkildə böyüdüyü üçün maksimum miqdarda vitamin və mineral tələb edir. Uşaq üçün vitamin seçərkən bu maddələrin miqdarına diqqət etmək lazımdır. Çünki vitamin və mineralların çatışmazlığı kimi onların çoxluğu da sağlamlığa zərər vura bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır