TƏBİB kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20.01.2023 14:12

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, struktur bölmə rəhbərləri və tabeli tibb müəssisələrinin rəhbər heyətinin iştiraki ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin müqəddəs ruhları yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları