DGK-nin Tibbi Xidmət İdarəsinin rəhbər şəxsləri 20 Yanvar - Memorial Abidə Kompleksini ziyarət ediblər
19.01.2023 14:13

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının əməkdaşları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsinə ucaldılmış 20 Yanvar - Memorial Abidə Kompleksini ziyarət ediblər.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Ceyhun Məmmədov və nümayəndə heyəti 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksinin önünə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsini hörmət və ehtiramla yad ediblər.

 

Qeyd edək ki, 20 Yanvar - Memorial Abidə Kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilib. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan bu abidə-kompleksi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldıllb.

 

Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır