TƏBİB və DİN arasında yeni layihəyə start verilib  
16.01.2023 22:32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Daxili İşlər Nazirliyinin (DİN) birgə əməkdaşlığı çərçivəsində polis orqanlarının əməkdaşları üçün “TƏBİB gələnə qədər” adlı layihə çərçivəsində ilkin yardım təlimlərinin keçirilməsinə başlanılıb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, təlimin əsas məqsədi yol-nəqliyyat hadisələri zamanı təcili tibbi yardım briqadası gələnə qədər polis əməkdaşları tərəfindən zərərçəkənlərə ilkin yardımın göstərilməsi və baş verə biləcək ağırlaşma, ölüm risklərinin azaldılmasından ibarətdir.

 

“Yeni klinika”da bu gün baş tutan açılış mərasimində çıxışlar zamanı layihənin önəmindən və gələcək perspektivlərindən bəhs edilib. Təlimlərin sonunda kursu mənimsəmiş polis əməkdaşlarının sərbəst şəkildə ilkin yardım göstərə biləcəkləri vurğulanıb. İlkin mərhələdə təlimlərə 320 nəfərin cəlb olunduğu bildirilib. Qeyd edilib ki, təlimlərin davamlı olması nəzərdə tutulub.

 

Məlumat üçün qeyd edək ki, təlimlər hər qrup üçün 2 gün davam edəcək.

Peşəkar təlimçilər tərəfindən “Amerika Ürək Assosiasiyası"nın ürək-ağciyər reanimasiyası üzrə beynəlxalq protokollarına əsasən keçirilən təlimlər xüsusi mulyajlar üzərində tədris olunur.

 

Sonda iştirakçılara “First Aid” sertifikatı veriləcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır