Uşaqlarda beyin şişlərinin müalicəsində yeni KƏŞF
13.01.2023 14:56

Kanadalı alimlər tərəfindən dünyada ilk dəfə yeni üsul ilə uşaqlarda əməliyyat oluna bilməyən beyin şişlərinə kimyaterapiya tətbiq olunub.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Torontodakı Sunnybrook Sağlamlıq Elmləri Mərkəzinin və Xəstə Uşaqlar üçün Xəstəxananın həkimləri, beynin ən çox yayılmış forması olan diffuz daxili pontin qlioma (DIPG) olan 15 yaşlı 6 xəstə uşağın beyin şişinə kimyaterapiya tətbiq etmək üçün MRT ilə ultrasəs müalicəsi həyata keçirdiblər. 

 

Ölümcül uşaq şişlərini müalicə edəcək yeni texnikanın klinik sınaqlarına başlanılıb. Dünyada bir ilk olan bu tətbiq DIPG diaqnozu qoyulmuş 5-18 yaş arası daha 10 xəstəyə tətbiq olunacaq. Tədqiqat iştirakçıları Sunnybrook Sağlamlıq Elmləri Mərkəzində fokuslanmış ultrasəs terapiyası alacaqlar ki, bura təxminən dörd-altı həftə ara ilə üç dövrə kimyaterapiya daxildir.

 

Mərkəzdən verilən açıqlamada bildirilib ki, yeni üsul qan-beyin baryerini keçmək üçün aşağı intensivlikli ultrasəsdən istifadə etməklə işləyir. Qan-beyin baryeri beyindəki kapilyarlarla beynin digər yumşaq toxumaları arasında yerləşən sıx şəkildə yığılmış hüceyrələrin qoruyucu şəbəkəsidir. Bu hüceyrə şəbəkəsi onları qoruyur, beyni zərərli maddələrdən və toksinlərdən təmizləyir. Ultrasəsin işə girdiyi yerdə səs dalğalarının gücündən istifadə edərək beyin ətrafındakı qan-beyin baryeri müvəqqəti olaraq keçir.


Xəstəyə qırmızı qan hüceyrələrindən daha kiçik mikroskopik qabarcıqlar venadaxili yeridilir. Ultrasəs dalğaları bu mikroskopik qabarcıqların titrəməsinə, qan-beyin baryerini meydana gətirən hüceyrələr arasındakı boşluğun genişləndirilməsinə və müvəqqəti qan hüceyrələrinin meydana gəlməsinə səbəb olur. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır