Səhiyyə TV Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə əməkdaşlığa başlayır
13.01.2023 12:56
Səhiyyə TV ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Aztibb.az-ın xəbərinə görə, sənədi Səhiyyə TV-nin rəhbəri Azər Xudiyev və Assosiasiyanın sədri Ayaz Hüseynov imzalayıblar.
 
Memoranduma əsasən Səhiyyə TV Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğuna dair maarifləndirici verilişlər, müsahibələr hazırlayacaq, o cümlədən Assosiasiyanın fəaliyyətini geniş işıqlandıracaq.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları