Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Özbəkistanda ezamiyyətdə olub
11.01.2023 16:22

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi Zərintac Şükürova Özbəkistan Respublikasının İpəkçilik və Yun Sənayəsinin İnkişafı Cəmiyyətinin İpəkçilik Elmi Tədqiqat İnstitutunun dəvəti ilə Özbəkistanda elmi ezamiyyətdə olub.

 

Aztibb.az-a AMEA-dan verilən xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış əməkdaşlığa dair memorandum çərçivəsində baş tutan səfər zamanı Z.Şükürova Özbəkistanın Daşkənd şəhərində yerləşən İpəkçilik Elmi Tədqiqat İnstitutunun direktoru Şuxrat Abdulazizov, direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Sayfiddin Valiyev və institutun aparıcı elmi işçisi, aqrar elmlər doktoru Bəxtiyar Nəsrullayev ilə görüşüb. O, AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən hazırlanmış gələcək tərəfdaşlıq haqqında razılaşma və nəzərdə tutulan işçi planını təqdim edib. Z.Şükürova tövsiyələri dinləyib, ayrı-ayrı bəndlər üzrə sualları cavablandırıb. O, həmçinin İpəkçilik Elmi Tədqiqat İnstitutunun tut ağacı bağları, ipəkçilik tarixi muzey guşəsi, institutun tədqiqat laboratoriyaları və burada qorunub saxlanılan tut ipəkqurdunun damazlıq sortları ilə tanış olub.

 

Səfər çərçivəsində Z.Şükürova Özbəkistan Respublikasının İpəkçilik və Yun Sənayəsinin İnkişafı Cəmiyyətini də ziyarət edib. Burada sərgilənən və gələcəkdə istifadəsi nəzərdə tutulan “fermer kəndinin” maketi, yerli və xarici damazlıq tut ipəkqurdu sortları, müasir dizaynlı kümxana rəfləri və s. eksponatlarla tanış olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv