Səhiyyə TV "Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi ilə əməkdaşlıq edəcək
09.01.2023 18:11

Bu gün “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi və Səhiyyə TV arasında qarşılıqlı əməkdaşlıq üzrə memorandum imzalanıb.

 

Aztibb.az Səhiyyə TV-yə istinadla xəbər verir ki, müqaviləyə əsasən, mövcud əlaqələrin səviyyəsinin yüksəldilməsi və möhkəmləndirilməsinə hədəflənən qarşıqlı maraq, eləcə də tibbi sosial, iqtisadiyyat, habelə elmi və texniki sahələr üzrə əhalinin sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək planlaşdırılır. Həmçinin xarici dövlətlərin müvafiq əlaqəli təcrübəsini mənimsəməklə ölkə səhiyyəsinin inkişafı, səhiyyə sahəsində innovasiyaların tətbiqi və tibb yönümlü layihələrin gedişatının cəmiyyətə çatdırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulub. 

 

Hər iki qurum rəhbəri arasında bu istiqamətdə gələcək planlar müzakirə edilib və vərəm ilə bağlı vətəndaş cəmiyyətinin əldə etdikləri nailiyyətlərin geniş ictimaiyyətə təqdim edilməsi prosesinin birgə qurulacağı məqamlara toxunulub.



Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır