Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-funksionalisti - Gülər Miriyeva
09.01.2023 11:35

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının funksional diaqnostika sahəsində çalışan, neyrofizioloji tədqiqatlar üzrə yüksəkixtisaslı həkim-funksionalisti Gülər Miriyevanı təqdim edirik.

 

O, Mərkəzi Gömrük Hospitalında beynin funksional aktivliyini müəyyən edən epilepsiya diaqnostikasını, Elektroensefaloqrafiya, Elektroneyromioqrafiya, əzələ və periferik sinirlərin müayinəsini, birincili əzələ patologiyası olan miopatiyanı, ikincili nevral patologiyaların müayinəsi ilə məşğul olur.

 

Gülər Miriyeva 1972-1978-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1978-1979-cu illərdə 1 saylı şəhər xəstəxanasında ümumi terapiya ixtisası üzrə internatura keçib.

 

1979-2011-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan Gülər həkim 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-funksionist kimi fəaliyyət göstərir.

 

Gülər Miriyeva hər zaman öz üzərində çalışır, tibbi yenilikləri diqqətlə izləyir və müalicə zamanı sübutlu təbabət prinsiplərinə əsaslanaraq peşəkar fəaliyyət göstərir. Uzun illər ərzində o, əldə etdiyi geniş təcrübəni hər bir xəstəyə fərdi yanaşma tətbiq edərək istifadə edir və xəstələrin ən qısa müddət ərzində şəfa tapması üçün yorulmadan çalışır. Həkim daim beynəlxalq elmi tədbirlərdə, təkmilləşdirmə kurslarında, konfrans və konqreslərdə iştirak edir.

 

Funksionalist barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://customshospital.az/guler-miriyeva/.

 

Həkimin qəbuluna yazlımaq üçün Çağrı Mərkəzinin (012) 404-08-08 nömrəsi ilə əlaqə saxlamaq olar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır