Mərkəzi Gömrük Hospitalında UĞURLU ürək əməliyyatı
09.01.2023 10:12

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və onun komandası tərəfindən ürəyi ilə bağlı ciddi problem yaşayan 29 yaşlı pasiyentin həyatı xilas edilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, toyundan 2 ay sonra qısa müddət ərzində ürəyi ilə bağlı ciddi problem yaşayan pasiyent artıq ölümlə üz-üzə idi. Xəstəlik başqa bir xəstəxanada iki ay sürən müalicəyə heç bir cavab verməmişdi. Vəziyyət daha da pisləşirdi. Çünki, söhbət sadəcə ürəyin infeksiyalaşmasından (QapaqEndokarditi) getmirdi.

 

Ürək-damar cərrahı Rəşad Mahmudov böyük əziyyətlə həyatı xilas olunan xəstənin diaqnozu və əməliyyatı barədə bildirib: “Pasiyentin diaqnozu heç bir müalicəyə cavab verməyən Endokardit (ürək infeksiyası) + Sepsis +Romatoid Artrit (bir ildir immunsupresif istifadə edib) + Aorta Anevrizması + bilateral periferik ArterEmboliyası idi.

 

Ən əsası isə 15 il öncə diaqnozu qoyulmuş və əməliyyat məsləhət gördüyüm Anadanqəlmə Ürək Qüsurunun (Subaortik Diskret Membran) olması idi. Ürəyindən əməliyyat olması labüd olan, amma vaxtında əməliyyat olunmayan gənc ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına qəbul edilir. Riskli qərarla ürəyindən və ayaqlarından əməliyyatı icra etdik. Xəstə əməliyyatdan sonra tam sağlam öz ailəsinə qayıdıb".

 

Rəşad Mahmudov əməliyyatda iştirak edən Mərkəzi Gömrük Hospitalının tibb heyyətinə təşəkkür edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır