Türk alimdən İNQİLABİ yenilik: 15 dəqiqə ərzində 40-a yaxın xəstəliyə diaqnoz qoyan biosensor!
08.01.2023 10:01

Gaziantep Həsən Kalyoncu Universitetinin Sağlamlıq Elmləri fakültəsinin müəllimi, prof. Mehmet Lütfi Yola 40-a yaxın xəstəliyin erkən diaqnozu üçün maksimum 15 dəqiqə ərzində sürətli məlumat verən ekoloji cəhətdən təmiz biosensor hazırlayıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən infarkt və ağciyər xərçəngi riskini dərhal proqnozlaşdırıla bilən, insan sağlamlığına və ətraf mühitə zərərsiz olan biosensor hazırladığı üçün "TÜBİTAK 2022 Təşviq Mükafatı" alan Mehmet Lütfi Yola, qısa müddətdə müxtəlif xəstəliklərin diaqnozuna imkan verən yeni sensorlar ərsəyə gətirib.

 

Türkiyəli professor ekoloji materiallardan istifadə edərək hazırladığı biosensorların patentini almaq üçün Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət edib və xəstəxanalardakı tətbiqlərdə uğurlu nəticələr əldə edib.

 

Təxminən 10 ildir biosensorlar üzərində çalışdıqlarını bildirən Mehmet Lütfi Yola biosensorların qan, sidik və bədən mayesini nano səviyyədə ölçərək xəstəlikləri daha qısa müddətdə təsbit edə biləcəyini açıqlayıb:

 

"Biz əvvəlcə müəyyən analitik üsullardan istifadə edərək biosensorun dizaynını həyata keçiririk. Sonra bu sistemləri mümkün qədər vacib xəstəliklərin diaqnozu üçün hazırlayırıq. Bunlardan biri də infarktdır. Bunun üçün troponin sensorları hazırlamışıq. Daha sonra biz ağciyər xərçəngində istifadə edilə bilən elektron kimyəvi biosensor hazırladıq.Son illərdə müxtəlif xərçəng növləri üzrə döş xərçəngi, mədəaltı vəzi xərçəngi kimi mühüm xəstəliklər üçün biosensorlar hazırlayıb dizayn etdik."

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır