Bioinformatik alimi 65 yaşı münasibətilə təbrik edirik!
03.01.2023 01:02

Azərbaycanın tanınmış bioinformatik alimi, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru İlham Əyyub oğlu Şahmuradovun 65 yaşı tamam olub.

 

Aztibb.az xəbər verir ki, İlham Şahmuradov 1 yanvar 1958-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini, 1985-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun məqsədli aspiranturasını bitirib.

 

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev məktəbinin layiqli nümayəndələrindən olan İlham Şahmuradov 1987-ci ildə “Genetika” ixtisası üzrə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

 

AMEA-nın müxbir üzvü İlham Şahmuradov elmi fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqat­lar Elmi Mərkəzində böyük laborant kimi başlayıb (1979-1981), daha sonra SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçib (1981-1982).

 

O, Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi (1987-1988), elmi işçi (1988-1989), böyük elmi işçi (1989-1992), Riyazi modelləşdirmə qrupunun rəhbəri (1989-2000), aparıcı elmi işçi (1992-2002), Bioinformatika laborato­riyasının müdiri (2002-2016), Azərbaycan Tibb Universitetinin professoru (2012-2016) vəzifələrində çalışıb, 1 iyul 2016-ci ildən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioinformatika laboratori­yasının müdiridir, 2018-ci ildən Biofizika İnstitutunda İnteqrativ biologiya laboratoriyasına da rəhbərlik edir.

 

Alim Sanger Mərkəzində (Birləşmiş Krallıq, 1999), Heliks Tədqiqat İnstitu­tunda (Yaponiya, 2000-2001), London Universitetinin Royal Hollovey Kolle­cində (Birləşmiş Krallıq, 2001-2004), COMSATS İnformasiya Texnologiyası İnstitutunda (Pakistan, 2007-2010), Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texno­logiya Universitetində (2015-2016) elmi tədqiqatlar apar­ıb.

 

İlham Şahmuradovun elmi fəaliy­yəti kompü­ter analizi vasitəsilə insan/heyvan, bitki və bakteriya genomla­rının təşkili, təkamülü və ekspressiyasının tənzimlənməsi mexanizmlərinin araşdırılma­sı, yeni bioinformatik analiz vasitələrinin yaradılması ilə bağlıdır. Alimin rəhbərli­yi və bilavasitə iştirakı ilə insan/heyvan, bitki və bakteriya genomla­rında trans­kripsiyanın start saytla­rının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin polia­denilləşmə saytları­nın axta­rışı üzrə yüksək dəqiqliyi (86-95%) ilə fərqlənən bir sıra bioinforma­tik analiz vasitə­ləri - PromH, PromHP, TSSP-TCM, BTSSfinder, TSSPlant, TSShm, POLYAR, Pparf, nsite, nsiteM və nsiteH kompüter proqramları, bitkilə­rin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılıb.

 

Bioinformatik alim 70-dən çox elmi məqalənin (“Nucleic Acids Research” (İF-11,5), “Bioinformatics” (5,5), “Plant Molecular Biology” (3,5), “BMC Genomics” (3,7) və digər nüfuzlu elmi jurnallarda olmaqla) müəllifidir. O, bir sıra beynəl­xalq və yerli qrant layihələrinin (Pakistan, 2007-2009; Pakistan - Azərbaycan - Birləşmiş Krallıq, 2008-2010; Ukrayna Elm və Texnologiyalar Mərkəzi, 2018-2020; AR Prezidenti yanında Elmin İnkişafı Fondu, 2011-2012) rəhbəri, Bioinformatika üzrə beynəlxalq konfransın (2008, Bakı ş.) təşkilatçısı, bir sıra beynəlxalq elmi konfrans və simpoziumların təşkilat komitəsinin üzvü olub.

 

O, uzun illərdir ki, Bakı Dövlət Universitetində, AMEA-nın magistraturasında pedaqoji fəaliyyətlə də məşğuldur.

 

İlham Şahmuradov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının redaksiya heyə­tinin üzvü, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiy­yətinin baş katibi, Avropa Biotexnologiya üzrə Tematik Şəbəkə Assosiasiyasının Azərbay­can üzrə koordinatorudur.

 

AMEA-nın müxbir üzvü İlham Şahmuradov 2015-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.

 

Azərbaycanda bioinformatika sahəsində mühüm nailiyyətləri olan alimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır