Kimyaçı alim Hafiz Əlimərdanovun 75 yaşı tamam olur
01.01.2023 10:49

Ölkəmizdə neft kimyası və kimyəvi kataliz sahəsində tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun Alitsiklik birləşmələr laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun 75 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Əlimərdanov Hafiz Mütəllim oğlu 1948-ci il yanvar ayının 1-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2005-ci ildə professor elmi adını alıb. 2014-cü ildə AMEA-nın “Neft-kimya” ixtisası üzrə müxbir üzvü seçilib.

 

H.Əlimərdanov əmək fəaliyyətini Azərbaycan SSR Elmlər Akademiyasının Neft-kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində işləyib, hazırda Alitsiklik birləşmələr laboratoriyasının müdiridir.

 

H.Əlimərdanov neft kimyası və kimyəvi kataliz sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini alitsiklik karbohidrogenlərinin və onların funksional törəmələrinin müxtəlif çevrilmələrinin elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, ilk dəfə olaraq naften karbohidrogenlərinin alitsiklik doymamış karbohidrogenlərə katalitik və oksidləşdirici dehidrogenləşdirilməsi, dehidrodisproporsiallaşması, aşağı molekul kütləli spirtlərlə dehidroal­killəşməsi proseslərinin polivalent metallar, təbii və sintetik seolitlər əsasında hazırlanmış katalizatorlar iştirakı ilə yüksək seçiciliklə aparılmasının mümkünlüyünü müəyyən edib. Alitsiklik doymamış karbohidrogenlərinin izomerləşməsi, alkilləşməsi, induktiv oksidləş­dirilməsi, inisiatorların iştirakı ilə aşağı molekul kütləli ketonlara stasionar və axar sistemdə birləşməsi sahəsində apardığı elmi araşdırmalar nəticəsində ilk dəfə olaraq bir sıra alkil-, tsikloalkil-, bitsikloalkiləvəzli alitsiklik ketonların, laktonların və spiroasetalların orijinal alınma üsullarını işləyib hazırlayıb və sənaye miqyasında tətbiq olunmasına nail olub. Onun rəhbərliyi ilə mono- və politsiklik doymamış, habelə aromatik karbohidrogenlərin elektrofil reagentləri induksiyalaşdırıcı sistemlərin iştirakı ilə halogen-, oksigen- və azotsaxlayan birləşmələrlə birmərhələli selektiv funksionallaşdırılması istiqamətində silsilə tədqiqatlar aparılıb, bu istiqamət elmi ədəbiyyatda induktiv funksionallaşdırma adı ilə qəbul edilib.

 

H.Əlimərdanov 400 elmi əsərin, o cümlədən 33 müəlliflik şəhadətnaməsi və patentin, 10 icmal-məqalənin, 3 dərs vəsaiti və 2 monoqrafiyanın müəllifidir. Sənayedə tətbiq olunmuş ixtirasına görə “SSRİ ixtiraçısı” döş nişanı ilə təltif olunub.

 

Onun rəhbərliyi ilə 4 elmlər, 12 fəlsəfə doktoru hazırlanıb.

 

H.Əlimərdanov Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının, “Neft kimya və neft emalı prosesləri” jurnalının redaksiya heyətinin üzvüdür.

 

O, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub.

 

AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır