Azərbaycanlı həkim Almaniyada klinika direktoru təyin olunub
31.12.2022 12:19

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yüksək vəzifəyə təyinat alıb.

 

Aztibb.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat paylaşıb.

 

Nuran Abdullayev bildirib ki, sabahdan (2023-cü ilin yanvar ayının 1-dən) fəaliyyətinə Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru olaraq davam edəcək.

 

“Almaniyanın 33 yaşında bu vəzifəyə təyin olunan ən gənc klinika rəhbəri (Chefarzt) oldum. Bu bir tarixdir. Almaniyanın üçüncü ən böyük – 600 min əhalisi olan bir bölgəsinə (der drittgrößte Landkreis) cavabdeh olan klinikanın rəhbəri olmaqla o bölgədə yeni texnologiya və innovativ üsullarla radioloji və neyroradiolji diaqnostik və müalicə metodlarının inkişafı və insult xəstələrinə göstərilən tibbi xidmətin ən üst səviyyəyə çatdırılması kimi çox önəmli bir missiya Almaniyada mənə həvalə olunub”, - Nuran Abdullayev əlavə edib.

 

Qeyd edək ki, Nuran Abdullayev bu təyinata qədər Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışırdı.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır