Mərkəzi Gömrük Hospitalının fəaliyyətə başlamasındam 14 il ötür
25.12.2022 14:19

Bu gün Mərkəzi Gömrük Hospitalının fəaliyyətə başlamasının 14 ili tamam olur.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Prezidenti İlham Əliyevin iştiraki ilə 2008-ci ilin 25 dekabr tarixində açılmışdır.

 

Mərkəzi Gömrük Hospitalı bu illər müddətində Azərbaycanda və Cənubi Qafqaz regionunda qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilib - kardiologiya, insan orqan və toxumalarının transplantasiyası, ümumi cərrahiyyə və digər sahələrdə bir çox yeniliklərə imza atıb.

 

Bu gün hospitalda açıq və qapalı ürək əməliyyatları, transkateter aorta qapağı implantasiyası (TAVI) və digər ən müasir invaziv kardioloji müdaxilələr əməliyyatı, böyrək və qara ciyər transplantasiyası və bir çox başqa mürəkkəb əməliyyatlar uğurla həyata keçirilir.

 

Hospitalın yüksəkixtisaslı və qayğıkeş heyəti gömrük işçiləri ilə yanaşı, onların ailə üzvlərinə, respublikamızın bütün vətəndaşlarına ən keyfiyyətli və güvənli tibbi xidmət göstərir. 44 günlük Vətən müharibəsi dövründə Mərkəzi Gömrük Hospitalı yaralı əsgər və zabitlərimizin müalicəsində yaxından iştirak etmişdir.

 

COVID-19 pandemiya zamanı Mərkəzi Gömrük Hospitalı 22 ay ərzində pandemik xəstəxana kimi fəaliyyət göstərərək ən ağır yeni koronavirusa yoluxmuş xəstələrə yüksək keyfiyyətli tibbi yardımla təmin etmişdir.

 

Mərkəzi Gömrük Hospitalı Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi (DGK TXİ) ilə birlikdə müntəzəm şəkildə elmi konqres, konfrans və seminarlar təşkil edir, bu tədbirlər həm Hospitalın, həm də ölkənin tibb işçilərinin davamlı tibbi təhsil prosesində əhəmiyyətli rol oynayırlar.

 

Yalnız 2022-ci ildə DGK TXİ-nin həyata keçirdiyi və Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilmiş elmi tədbirlərdən ölkə həkimləri 100 Davamlı Tibbi Təhsil krediti əldə edə biliblər. Bu isə tələb olunan illik 48 baldan 2 dəfə çoxdur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır