Genetika sahəsində tanınmış alim Ramiz Əliyevin 85 yaşı tamam olur
25.12.2022 13:51

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Fizioloji genetika şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Ramiz Əliyevin 85 yaşı tamam olur.

 

Bu münasibətilə Aztibb.az səhiyyə xəbər portalı adından Ramiz Əliyevi təbrik edir, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

 

Qeyd edək ki, alimin əsas fəaliyyət istiqamətləri bitkilərin stres amillərə davamlılığı, heterozis hadisəsi və poliplodiya kimi elmi-nəzəri problemlərin molekulyar-genetik əsaslarının öyrənilməsinə həsr olunub. Onun rəhbərliyi ilə heterozis buğda hibridlərinin somatik hüceyrələrində DNT-nin miqdarının artma faktı ilk dəfə olaraq aşkar edilib, bu nəticələr ixtira kimi qəbul olunub və müəlliflik şəhadətnaməsi alıb. R.Əliyevin tədqiqatları ilə müəyyən edilib ki, bitkilərin stres amillərə davamlılığı hüceyrə genetik sistemlərinin yenidən qurulması və bunun nəticəsində bəzi genlərin ekspresiyasının sürətlənməsi hesabına baş verir. 

 

Professor Ramiz Əliyev ömrünün 60 ilini GEİ-də elmi fəaliyyətlə məşğul olub, instututun elmi potensialının formalaşmasında özünəməxsus xidmətləri ilə seçilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır