“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya” adlı təlim keçirilib
23.12.2022 18:50

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya” mövzusunda təlim keçirilib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, təlimdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, rəqəmsal marketinq və kommunikasiya üzrə ekspert Aysel Cəbrayılova, Bakı tibbi ərazi bölməsinin tabeliyindəki tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təqdimatla çıxış edərək tibb müəssisələrində icbari tibbi sığortanın təbliğinin əhəmiyyəti, icbari tibbi sığortanın məqsədi, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə təlim iştirakçılarını məlumatlandırıb.

 

Təlimdə iştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda iştirak ediblər.

 

Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır