Kliniki Tibbi Mərkəz daha bir ilkə imza atıb
22.12.2022 21:45

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəz (KTM) daha bir ilkə imza atıb.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, dövlət xəstəxanaları arasında ilk dəfə olaraq KTM-də icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına Endoskopik Retrograd Xolanjeya Pankreatografiya (ERCP) əməliyyatı icra edilib.


51 yaşlı vətəndaş üzərində aparılan endoskopik əməliyyat uğurla başa çatıb. Kliniki Tibbi Mərkəzin həkim-qastroenteroloqu Müslüm Nursoyun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı ağırlaşma qeydə alınmayıb:

 

“Xəstə bizə dəri rəngində saralmalar, epiqastral ağrılar, qusma, yüksək temperaturun olması əlamətləri ilə müraciət etmişdi. Müayinələr zamanı xəstəyə ümumi öd axarında daş diaqnozu qoyulub. İcbari tibbi sığorta vasitəsilə biz ilk dəfə xəstədə ERCP əməliyyatı həyata keçirdik və kifayət qədər uğurlu oldu”.

 

Həkim-qastroenteroloq Müslüm Nursoy bu cür cərrahi əməliyyatların icrası üçün Kliniki Tibbi Mərkəzə yeni və müasir tibbi avadanlıqların alındığını bildirib:

 

“ERCP əməliyyatı duodenoskop adlı cihaz vasitəsilə həyata keçirilir. Cihazın sayəsində bədəndə hər hansı kəsik açmadan öd daşlarının çıxarılması, qırılması ilə yanaşı öd yollarının genişləndirilməsi, törəmələr üçün stentlərin qoyulması prosesi də icra olunur”.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanalarda maddi-texniki bazanın gücləndirilməsi, yeni tibbi avadanlıqların alınması imkan verir ki, indiyə qədər özəl xəstəxanlarda həyata keçirilən bu cür əməliyyatlar artıq dövlət xəstəxanalarında da icra olunsun.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır