Vüqar Qurbanov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
22.12.2022 18:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, aidiyyəti struktur bölmənin rəhbərləri iştirak ediblər.

Görüşün məqsədi Yaponiya Hökumətinin dəstəyi ilə “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda icra etdiyi 90-dan artıq tibb məntəqəsində görülən işlər və gələcəkdə icrası nəzərdə tutulan layihələr haqqında fikir mübadiləsi aparmaqdan ibarət olub.

 

Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2020-ci ildən “Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində ayrılan qrant üzrə tibb müəssisələrinin tibbi avadanlıqlarla təmin edilməsi ilə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınmasına, eləcə də ümumilikdə səhiyyə sisteminə göstərilən dəstəyi yüksək qiymətləndirib. İcraçı direktor bildirib ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi Bakı şəhəri ilə yanaşı, regionlarda da tibbi xidmətlərə əlçatanlığı təmin etmək, xidmət keyfiyyətini yüksəltməkdir.

 

V.Qurbanov TƏBİB-lə əməkdaşlıq çərçivəsində Yaponiyanın tibb müəssisələrinin təcrübəsinin öyrənilməsini, yerli mütəxəssislərin bu ölkədə təlimlərə cəlb olunmasını, Yaponiya şirkətlərinin tibb sahəsinə sərmayə yatırmasına təşviq edilməsini təklif edib. O qeyd edib ki, TƏBİB yenidən formalaşdırılan tibb sahəsində ən son texnoloji yeniliklərin tətbiq olunmasında maraqlıdır və bu sahədə Yaponiya ilə əməkdaşlıq səmərəli ola bilər.

 

Öz növbəsində səfir Vada Cüniçi bildirib ki, Yaponiya Hökuməti tərəfindən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayrılıb. Bu yardım vasitəsilə tibb müəssisələrinə kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə kimi tibbi avadanlıqların verilməsi həyata keçirilir. Eyni zamanda səfir Yaponiyanın tibb mütəxəssislərinin konsultasiyalar üçün Azərbaycana cəlb olunmasının, eləcə də xəstəxana idarəedilməsi üzrə təcrübə mübadiləsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.

 

Görüşdə robotik cərrahiyyə üzrə avadanlıqların təmin edilməsi məsələsi də müzakirə olunub.

 

Yekunda qrant layihəsinin növbəti ildə yenilənməsi qərara alınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır