Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib
21.12.2022 14:53

Cari ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı dekabrın 21-də Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

 

Səhiyyə nazirinin müavini İlqar Qasımovun moderatorluğu ilə keçirilən iclasda Səhiyyə Nazirliyinin hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiyasının sədri Nigar Axundova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və nazirliyin Anesteziologiya və reanimasiya üzrə mütəxəssis-eksperti İsrayıl Məhərrəmbəyli məruzələrlə çıxış ediblər.

 

Bildirilib ki, səhiyyənin prioritet sahələrindən olan ana və uşaqların sağlamlığı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölüm səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına nail olunub. Eyni zamanda, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi siğorta tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinın mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib.

 

İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib