Milli Onkologiya Mərkəzinin əməkdaşına tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib  
20.12.2022 13:07

Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsinin həkim–onkoloqu Nigar Əliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

 

Aztibb.az xəbər verir ki, o, akademik Cəmil Əliyevin elmi rəhbərliyi ilə “Uşaqlıq boynu xərçənginə görə kimyaradioterapiya almış xəstələrdə yaranan xroniki radiasion proktitlərin diaqnostika və müalicəsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.

 

"Dissertasiya işinin ərsəyə gəlməsində rolu olan hər kəsə, başda elmi rəhbərim, görkəmli elm xadimi, akademik Cəmil Əliyev olmaqla bütün həkimlərə, t.ü.f.d. Sevinc Rəhimzadəyə, prof. İsa İsayevə, t.ü.f.d. Niyazi Əsgərova, eləcə də əziyyət çəkən rəyçi və oponentlərə, məni daim dəstəkləyən və yönləndirən ailəmə, doğma Endoskopiya şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm. Xalqıma xeyirli olmağa və bu ada həmişə layiq olmağa çalışacağam", - Nigar Əliyeva bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır