TƏBİB tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini ölkə Prezidentinə təqdim edəcək - Vüqar Qurbanov
20.12.2022 10:32

Növbəti ildən TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını, həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 

 

Aztibb.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB – Tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib. Konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 1 illik hesabatında səsləndirib. 

 

V.Qurbanov bildirib ki, 2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin əməkhaqqılarının artırılması  və s. istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb. Bu istiqamətdə işlər gələn il də  davam etdiriləcəkdir”.

 

TƏBİB-in icraçı direktoru 2023-cü ildə TƏBİB-in qarşıya qoyduğu məqsədlərdən də söz açıb:

 

“Ana və uşaq sağlamlığı ilə bağlı neqativ halları azaltmaq, tibbi xidmətlərin əlçatanlığını genişləndirmək, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq və vətandaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini yüksəltmək əsas məqsədlərimizdən biridir”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır