Babasil zamanı hansı qidalardan istifadə və imtina etməliyik? - Radioloq AÇIQLADI
18.12.2022 23:38

Xarici ölkələrin statistikasına əsasən ölkəmizdə hemoroidli xəstələrin sayı (Babasil) 10 % təşkil edir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, babasildən əziyyət çəkəm xəstələr azı iki ildən sonra həkimə müraciət edirlər.


Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin məlumat verib.

 

O, bildirib ki, hemoroid hamıda olan və içərisində damar yumaqcıqları olan yastıqcıqlardır. Bunların funksiyası asqırma, öskürmə, gücənmə zamanı nəcisin xaricə çıxmasının qarşısını almaqdır. Bəzən bu damarlar böyüyür, şişir və uzanaraq anusdan bayıra çıxır.

 

Həkim qeyd edib ki, düz bağırsaq qanaxması ilə gələn xəstələrin 45 faizində hemoroidə rast gəlinir. Geridə qalan isə bağırsaq çatları, xərçəng və s. səbəbdən olur:

"Rektum (qalın bağırsağın son hissəsi) xərçəngi xəstələrinin 20 faizi illərcə babasildən təbii vasitələrlə müalicə alaraq, qanaxmanı “keçib gedər“ , “düzələr“ , “olur belə" kimi qəbul edənlərdir. Belə hallarda mütləq həkim proktoloqa müraciət etməli, lazımi endoskopik və barmaq müayinəsi olunmalıdır".

Onun sözlərinə görə, hemoroiddən əziyyət çəkən xəstələrin lifli qidalardan istifadə etməsi vacibdir. Tərkibində A vitamini olanlara - lobya, kartof, ərik, kök, yumurta və s., B vitamini olanlara - düyü , mərcimək, taxıllı qidalar, C vitamini olanlara - portağal, çiyələk, limon, kivi, moruq, E vitamini olanlara isə çuğundur, qoz, zeytun və balıq aiddir. Bundan başqa, əncir, ərik qurusu, kişmiş, alma, yemiş, armud, albalı, pomidor, yaşıl bibər, soğan və xiyarı da nümunə göstərmək olar.


"Bəzi qidalar qəbizlik yaratdığından, bunları azaltmaq və ya rasiondan çıxarmaq lazımdır. Belə qidalar tərkibində acı, turşu, ədviyyat olan qidalardır. Bunlar həmin bölgədə qıcıqlanmaya, süd və süd məhsulları isə qaşınmaya səbəb olur. Naringi, qreyfrut, qazlı sular, hədsiz çay və kofe qəbulu, şokalad, yağlı qidalar, normadan artıq unlu qida qəbulu, pivə və şərab qəbulu və s. bu siyahıda yer alan məhsullardır" - deyə, Şəbnəm Topbaştekin əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza