İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mərkəzi Qan Bankında bir sıra yeniliklər tətbiq edib
15.12.2022 15:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əhaliyə göstərilən transfuzioloji xidmətlərin və qan tədarükünün müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra yeniliklərin tətbiqinə başlanılıb.
Agentlikdən Aztibb.az-a bildirilib ki, Mərkəzi Qan Bankında tətbiq edilən yeniliklərlə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli Mərkəzi Qan Bankının maddi-texniki bazasının möhkəmləndirilməsini dövlətimiz tərəfindən vətəndaşlarımıza göstərilən xüsusi qayğının və diqqətin təzahürü olduğunu bildirib. Hikmət İbrahimli qan və qan komponentlərinin talassemiya, hemofiliya, leykoz xəstəliyindən əziyyət çəkən insanların sağlamlığının təmin edilməsində əvəzedilməz müalicə vasitəsi olduğunu qeyd edib. Vurğulayıb ki, bu sahənin inkişafı qan ehtiyacı olan digər xəstələrin tələbatının ödənilməsi baxımından həyati əhəmiyyət daşıyır.
Tədbirdə, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva çıxış edərək Mərkəzi Qan Bankında tətbiq edilən yeniliklər barədə məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, bu sahədə maddi-texniki bazanın yaxşılaşdırılması insanların keyfiyyətli qan və qan komponentləri ilə təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın təkmilləşdirilməsinə xidmət edəcək. Bu yeniliklər eyni zamanda vətəndaşlarımızın icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradacaq.
Qeyd olunub ki, cari ilin 1 sentyabr tarixindən etibarən Mərkəzi Qan Bankında ilk dəfə olaraq qanın transmissiv infeksiyalara (Hepatit B və C, insanın immunçatışmazlığı virusu, sifilis) seroloji müayinələri üçün 2 ədəd tam avtomatlaşdırılmış Abbott Alinity-s analizator cihazı quraşdırılaraq istifadəyə verilib. Yeni cihazlar yarımavtomat cihazlardan daha yüksək spesifikliyə və həssaslığa malikdir.
Bundan əlavə, Agentlik tərəfindən alınmış 2 ədəd tam avtomatlaşdırılmış Abbott Architect i-2000SR analizator cihazının seroloji müayinələrin aparılması üçün Mərkəzi Qan Bankının Gəncə və Lənkəran şəhərlərindəki bölmələrində quraşdırılması nəzərdə tutulub. Mərkəzləşdirilmiş laboratoriya sisteminin qurulması nəticəsində Mərkəzi Qan Bankının Mingəçevir, Bərdə və Şəki bölmələrində donorlardan götürülən qan nümunələri Gəncə şəhərinə, Quba, Sumqayıt və Şirvan bölmələrindən isə Bakı şəhərinə göndəriləcək. Lənkəran bölməsi tərəfindən götürülən qan nümunələri isə Lənkəran şəhərində quraşdırılmış cihazda müayinə ediləcək.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

