Balakən Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib
12.12.2022 16:36

Balakən Rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə Balakən rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva açıb. O, görkəmli dövlət xadimi Heydər Əliyevin vətənimiz qarşısında tarixi xidmətlərindən, dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb.

 

Daha sonra Balakən rayon SİHİ şurasının sədri Könül Mustafayeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. 

 

Bildirilib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində  44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötövlüyü bərpa edildi.

 

Tədbir iştirakçıları, həmçinin Ulu Öndərin Balakəndə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır