Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib
12.12.2022 14:31
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə tədbir keçirilib.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Ülfət Qurbanov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və siyasi fəaliyyətindən ətraflı şəkildə bəhs edib. Bildirib ki, məhz Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bötövlüyü bərpa edildi.
Daha sonra direktorun İnzibati işlər üzrə müavini Fuad Məmmədov və Mingəçevir şəhərinin fəal qadınlarından olan, həkim Nurcamal Məmmədova ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə uzaqgörən, müdrik xarici və daxili siyasət həyata keçirdiyini bildiriblər, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verməkdə olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Ümummilli Lider zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Bu bölməyə aid digər xəbərlər
Tovuzda tanınmış həkim vəfat edib
23.10.2026 | 11:50
Gəncədə həkim uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib
23.10.2026 | 09:28
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

