Qidalanmağımızda xromun FAYDALARI
04.12.2022 17:30

Xrom orqanizm üçün vacib olan minerallardandır. Çünki, bədəndə mürəkkəb biokimyəvi reaksiyaların baş verməsində əvəzedilməz rolu vardır. Xrom orqanzimdə karbohidrat, zülal və yağ mübadilələrinə təsir edir.

 

Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

 

Həkim bildirib ki, xrom insulin hormonunun təsirini (İnsuline Potantiating Activity) artırdığı üçün qanda şəkərin (qlükozanın) normal səviyyədə saxlanmasına kömək edir. İnsulin rezistentliyinin azalması nəticəsində (GTF-Glucose Tolerance Factor) çəkinin azalmasına, qanda xolesterinin normallaşmasına səbəb olur. Eyni zamanda, əzələ kütləsinin artmasına və dərialtı piy toxumasına təsir etməsi xüsusi əhəmiyyət daşıyır: 

 

"Bəzi araşdırmalara görə, xromun antidepressiv təsiri də vardır. Düşünülür ki, bu, insulin rezistentliyinə etdiyi təsir yolu ilədir".

 

Fərhad Burzu əlavə edib ki, infeksiya və fiziki travma bədəndə xroma ehtiyacı kəskin artırır. Bu durumlarda daha yüksək doza xrom istifadə etmək məsləhətdir.

 

Onun sözlərinə görə, xromun qida əlavəsi olaraq Pikolinat forması istifadə olunur (Xlorid və nikotonat növləri də vardır). Gündəlik qidalarla qəbul etdiyimiz xromun ən çox 10%-i sorulur. Günlük xrom ehtiyacı yaşa və cinsə görə dəyişir. Uşaqlarda günlük xrom (pikolinat) ehtiyacı 15 mkq-a qədərdir.
19-50 yaş kişilərdə 35 mkq., qadınlarda 25 mkq., 50 yaşdan yuxarı kişilərdə 30 mkq., qadınlarda 20 mkq.-dır. Hamilələrdə 30 mkq, südverən qadınlarda 45 mkq təşkil edir.

 

Həkim qeyd edib ki, xrom əsasən qida vasitələri ilə orqanizmə qəbul edilir. Xromla zəngin qida vasitələri aşağıdakılardır:

 

Brokoli, üzüm, kartof, midiya, stridiya, armud, xurma (iran xurması), göbələk, pomidor, brokoli, fındıq, kəpəkli unadan hazırlanmış məmulatlar, yumurta sarısı və s.

 

"Sadə şəkərlərin həddindən artıq qəbulu zamanı xromun sidiklə atılması sürətlənir", - deyə bildirən Fərhad Burzu əlavə edib ki, qanda xrom yetməzliyi zamanı artıq çəkidən əziyyət çəkmə, şəkər mübadiləsinin pozğunluğu, qanda xolesterinin miqdarının atması, neyropatiya və s. əlamətlər izlənilir.

 

Xrom bədəndən bağırsaqlar və böyrəklər vasitəsilə xaric olunur. Xrom artıqlığı zamanı ishal, başgicəllənmə, böyrək və qaraciyər zadələnmələri, hipoqlikemiya kimi simptomlara rast gəlinir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama