Zəfər Günü münasibətilə Tərtər Şəhidlər xiyabanı ziyarət edilib
08.11.2022 13:47

Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

 

Xəstəxana əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

 

Sonra şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.