Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Zəfər Günü qeyd olunub
08.11.2022 10:02

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.


Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Şirvan ŞMX-nın direktoru Kamil Əhmədov əməkdaşları Zəfər Günü münasibətilə təbrik edib, bu şanlı tarixin xalqımızın həyatındakı rolunu xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.

 

Kamil Əhmədov vurğulayıb ki, sentyabrın 27-dən başlanan Zəfər tariximizin xronikası, hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyidir. Həmin gün Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında təcavüzkarı sülhə məcbur etmək məqsədilə qətiyyətli əks-hücum əməliyyatlarına başladı, hər günü əsrə bərabər 44 gün çəkən hərbi əməliyyatların gedişində möhtəşəm qələbə əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.

 

Onun sözlərinə görə, şanlı ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin işğal altında olan əraziləri - ümumən 300-dən çox şəhər, qəsəbə, kənd, çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi qəhrəman əsgər və zabitlərimizin şücaəti və igidliyi ilə keçirilmiş hərbi əməliyyatlar nəticəsində işğaldan qurtuldu.

 

"Allah bu parlaq Qələbəni, tarixi Zəfəri bizə bəxş etmiş Müzəffər Ali Baş Komandanımızı, müzəffər Ordumuzu, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq nəsib etsin. Tarixi Zəfərimiz, parlaq Qələbəmiz, şanlı bayramımız mübarək olsun", - deyə Kamil Əhmədov bildirib.

 

Sonra çıxış edən xəstəxananın müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi Mahir Səttarov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır