Göyçay Rayon Mərkəzi Xəstəxanasında Zəfər Gününə həsr olunan tədbir keçirilib
07.11.2022 09:10

"Göyçay Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də 8 Noyabr - Zəfər Günü münasibəti ilə "Zəfərə gedən yol" adlı tədbir keçirilib.

 

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Zivər Zeynalova, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və veteranları, eləcə də xəstəxananın kollektivi iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanın müstəqillik və qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilir.

 

Yaşar Əhmədov şəhid ailələrinin və Vətən müharibəsi veteranlarının ailələrinin bir neçəsinin xəstəxanada işlə təmin olunduğunu diqqətə çatdırıb.

 

Sonra şəhid övladı, Vətən müharibəsi iştirakçısı olmuş, hazırda Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri olan Eldəniz Rüstəmov çıxış edib. O, Zəfərə gedən yolun ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü və xalqımızın sarsılmaz birliyindən keçdiyini qeyd edib.

 

Tədbirdə Eldəniz Rüstəmov Göyçay Rayon Mərkəzi Xəstəxanasının Fəxri fərmanı ilə təltif olunub.

 

Həmçinin xəstəxanada çalışan şəhid ailə üzvlərinə və qazilərə müxtəlif hədiyyələr təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır