Çində peyvənd laboratoriyasında qəza baş verdi - Kütləvi yoluxma
18.09.2020 16:17

Çinin şimal-qərbində heyvanlar üçün peyvənd istehsal edən, dövlətə məxsus bioloji müəssisədə qaz sızması nəticəsində minlərlə insanın bakterial xəstəliyə yoluxduğu açıqlanıb.

 

“CNN”in məlumatına görə, Çinin Lançjou şəhərində 3 245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

 

Lançjou şəhərinin səhiyyə qurumu tərəfindən bu gün yayımlanan açıqlamaya görə, bakteriyaların yayılmasında əsasən qoyunlar, mal-qara və donuzlar rol oynayıb.

 

Hadisələrə görə üzr istəyən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib. Səlahiyyətli şəxslər oktyabr ayına qədər xəstələrə təzminat ödəməyə başlayacaqlarını açıqlayıb.

 

Qeyd edək ki, Malta qızdırması və ya Aralıq dənizi qızdırması olaraq da bilinən bruselyozun simptomları baş ağrısı, əzələ ağrısı, qızdırma və yorğunluq kimi əlamətlərdən ibarətdir.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır